Putin Bakıda Qarabağdan danışdı - `Məqbul həll yolu tapılmalıdır`


21:25     08 Avqust 2016 1418895708_putin_zumapress.jpg

"Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişənin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın".


Femida.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.

O bu problemin Azərbaycan və Ermənistan üçün nə qədər ağrılı məsələ olduğunu anladığını bildirib: "Biz çalışacağıq ki, hər iki ölkə kompromisli, lakin hər ikisi üçün məqbul olan həll yolunu tapsın. Bu məsələnin həllində qalib iki ölkənin xalqı olsun, hər iki ölkə hiss eləsin ki, bu çətin məsələni bu günün və gələcək nəslin maraqları çərçivəsində həll edib”.

Femida.az

Açar sözlər:

Oxunub: 2933